Basketbol Liqasında yeni mövsüm başlanır: Birinci turun TƏQVİMİ

 Basketbol Liqasında yeni mövsüm başlanır: Birinci turun TƏQVİMİ

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün 1-ci turunun təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmalar 3 gün ərzində baş tutacaq.

Açılış matçı 18 oktyabrda "Neftçi" və "Naxçıvan" kollektivləri arasında baş tutacaq.

Turun son oyunu 20 oktyabrda keçiriləcək.

Azərbaycan Basketbol Liqası. 1-ci tur

18 oktyabr

20:00 "Neftçi" - "Naxçıvan"

19 oktyabr

12:30 NTD - "Abşeron"

14:00 "Lənkəran" - "Gəncə"

20 oktyabr

12:30 "Sabah" - "Sərhədçi"

14:00 "Şəki" - "Quba"

20:00 "Sumqayıt" - "Ordu"