Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar

Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar

Azərbaycan cüdoçuları Almaniyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Mediasport.az xəbər verir ki, oğlanlardan ibarət gənclər yığmamız Beynəlxalq Bremen Masters turnirindən sonra Bremen şəhərində baş tutan hazırlığa qatılıblar.

Cüdoçülarımız martın 30-dək Almanıyanın Hannover şəhərində təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışında da iştirak edəcəklər.

Yeniyetmə qızlardan ibarət komandamız isə Türingiya şəhərində toplanış keçir. Hazırlığa yığmanın 13 üzvü yollanıb.

Təlim-məqş prosesi 6-7 apreldə Çexiyanın Teplitse şəhərində keçiriləcək Avropa Kuboku, 4-5 mayda Göygöldə reallaşacaq Avropa Kuboku, iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.