Daha iki cüdoçumuz Avropa çempionatında medal qazanıb
Azərbaycanın daha iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb.
Mediasport.az xəbər verir ki, turnirin ikinci günündə Vüsal Qələndərzadə və Ömər Rəcəbli bürünc medal qazanaraq adlarını mükafatçılar sırasına yazdırıb.
V.Qələndərzadə 73 kq, Ö.Rəcəbli isə 81 kq çəki dərəcəsində Avropa 3-cüsü olub.
Qeyd edək ki, qitə çempionatının ilk günündə 60 kq çəki dərəcəsində Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
66 kq-da Aydın Rzayev qitə birinciliyini gümüş, 52 kq-da qızlar arasında təmsilçimiz Aydan Vəliyeva isə yarışı bürünc medalla başa vurub.