Daha bir tanınmış cüdoçumuz karyerasını başa vurdu

Daha bir tanınmış cüdoçumuz karyerasını başa vurdu

Azərbaycanın daha bir tnanınmış cüdoçusu Məmmədəli Mehdiyev peşəkar karyerasını başa vurub.

Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş idmançı 30 yaşında cüdo ilə vidalaşıb.

Qurumun rəsmi saytına açıqlama verən Mehdiyev təşəkkür mesajını paylaşıb: “Bu yolda məni müşayiət edən məşqçilərimə, mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli komandanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Cüdoda əsl dostluğu, mehribanlığı, səmimiyyəti və düzgünlüyü tapdım. Arzum nümunəvi vətəndaş kimi ölkəmə xidmət etmək və gənc nəsilə dəstək olmaqdır".

Məmmədəli Mehdiyev 2020 və 2022-ci illərdə böyüklər arasında Avropa çempionatında və 2019-cu ildə Avropa Oyunlarında bürünc medal qazanıb. Onun nailiyyətləri arasında "Böyük dəbilqə" və Qran-pri yarışlarından ümumilikdə 21 medal var.

Qeyd edək ki, daha əvvəl Rüstəm Orucov və Orxan Səfərov da peşəkar karyeralarını yekunlaşdırıblar.