"Sumqayıt"ı aldadan dağıstanlını hansı Azərbaycan klubu istəyir?
İcarə əsasında "Aktobe"də oynayan Xorvatiyanın “İstra” klubununun yarımmüdafiəçisi Serder Serderov karyerasını Azərbaycanda davam etdirə bilər.
mediasport.az xəbər verir ki, dağıstanlı futbolçu bu haqda "sportal.az" saytına məlumat verib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, Premyer Liqamızın bir neçə klubundan təklif alıb. Serderovun dediyinə görə, yaxın müddətdə təklifləri gözdən keçirib yekun qərar verəcək.
Rusiyalı futbolçunun Xorvatiya klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır. ÇSKA (Moskva) yetirməsi olan Serder “Anji”, “Ural”, “Krılya Sovetov”, “Yenisey”, “Slaviya”(Sofiya), “Krakoviya”, “İnter”(Zapreşiça), “Mezokoşevd” klublarında oynayıb. 2018-ci ildə 2 həftə "Sumqayıt"da baxışda olsa da, son anda Polşanın "Krakoviya" klubu ilə müqavilə bağlamışdı.