“Qarabağ”ın oyunçuları daim hakimdən kart tələb edirdilər"
“Asan oyun olmadı. Komandamız xüsusilə matçın ilkin mərhələlərində təzyiq altında idi. Amma rəqibin qırmızı vərəqə almasından sonra üstünlük bizim tərəfimizə keçdi".
Mediasport.az xəbər verir ki, bu sözləri "Ayaks"ın hücumçusu Vut Veqhorst deyib.
Niderland millisinin 32 yaşlı forvardı UEFA Avropa Liqasının əsas mərhələsinin "Qarabağ"la 3-cü tur görüşü haqda fikirlərini bölüşüb.
Niderlandın “Ayaks” klubunun futbolçusu Vaut Veqorst Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Təcrübəli futbolçu Bakıda qeydə alınan 3:0 hesablı qələbəni belə şərh edib:
"Çətin matç oldu. Oyunumzda hələ də yaxşılaşdırmalı olduğumuz məqamlar var. Rəqib startda daha çox təzyiq etməyə başladı. Ümumən “Qarabağ”ın oyunçuları daim hakimdən kart tələb edirdilər. Mən uşaqlara dedim ki, bunu müzakirə etməsinlər. Teylora ötürmə verməyimə gəlincə, sadəcə, uzaq küncə zərbə vururdum (gülür). Penalti? Mövqe tutmaq və onu qəbul etmək üçün uyğun anı tapmaq lazım idi. Xoşbəxtlikdən hər şey alındı”.
Xatırladaq ki, 34-cü dəqiqədə qol ötürməsi edən Veqhorst 77-ci dəqiqədən penaltidən fərqi artırıb.