"İki top fərqli üstünlüyü əldən vermək məyusedicidir" - Patrik

"İki top fərqli üstünlüyü əldən vermək məyusedicidir" - Patrik

Mediasport.az UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə görüşündən sonra jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin müsahibəsini təqdim edir:


Oyun haqqında nə deyə bilərsən?

- Yaxşı başladıq, bunun da nəticəsində ilk hissədə hesabda 2:0 önə keçdik. Rəqib ikinci yarıda hesabı bərabərləşdirməyi bacardı. Bu, sanki ağızda acı dad təəssüratı yaratdı.

Üstünlüyü qorumaq üçün nə çatmadı?

- Bu, futboldur. Meydanda özümüz özümüzlə oynamırıq. Rəqib ikinci yarıda çoxlu qol epizodları yaratdı. Xüsusilə də oyunun sonlarına yaxın. Bunun nəticəsində hesabı bərabərləşdirdilər.

"Qarabağ" bu nəticəyə layiq idi?

- İstənilən halda iki top fərqli üstünlüyü əldən vermək məyusedicidir. Amma başımızı dik tutmalıyıq. Qarşıda "Zirə" ilə oyun var. Yaxşı hazırlaşmalıyıq. 

Cavab matçında belə oynamaq olar?

- Bilmək olmaz. Futbolda əvvəlcədən nəsə demək olmur. Hələ "Zirə" ilə oyuna köklənməliyik. Daha sonra "Bayer"lə cavab görüşünə hazırlaşacağıq.