Əmrah Çəlikəl təsdiqlədi: "Təklif var, Kevin Medina ilə oturub danışacağıq"

Əmrah Çəlikəl təsdiqlədi: "Təklif var, Kevin Medina ilə oturub danışacağıq"

Türkiyə mətbuatında "Qarabağ"ın müdafiəçisi Kevin Medinanın "Çaykur Rizəspor"a keçəcəyi ilə bağlı xəbər yayılıb.

Ağdam klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq kolumbiyalı futbolçunun Rizə klubuna transfer olacağı real görünür.

MediaSport.az saytına bu barədə açıqlama verən Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl Türkiyə klubundan təklif olduğunu təsdiq edib: "Rizəspor"un belə bir niyyəti var. Sadəcə, indi əsas diqqətimizi Çempionlar Liqasındakı oyunumuza yönəltmişik. Bizi çox məsuliyyətli qarşılaşma gözləyir. Bundan sonra oturub Medina ilə danışacağıq. Hamımız üçün ən doğru olan qərarı verəcəyik".

Qeyd edək ki, Medina "Qarabağ"a 2020-ci ilin yayında Portuqaliyanın "Çaves" klubundan gəlib. Rizə kollektivi növbəti mövsüm yenidən Türkiyə Superliqasında mübarizə aparacaq.

"Köhlən atlılar" isə ÇL-in I təsnifat mərhələsinin ilk matçı çərçivəsində iyulun 11-də Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaqlar.

Elvin