Yankoviç: "Öz həyatımı yaşayıram"

Yankoviç: "Öz həyatımı yaşayıram"

"Qarabağ"ın futbolçusu Marko Yankoviç sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

mediasport.az xəbər verir ki, 28 yaşlı monteneqrolu yarımmüdafiəçi öz həyatını yaşadığını qeyd edib.

Yankoviç bildirib ki, heç kim onunla yarışa bilməz. SİTAT:

"Mən heç kimlə yarışmıram və heç kim mənimlə yarışa bilməz. Öz həyatımı yaşayıram, öz ideyalarım, planlarım, arzularım və qərarlarım var. Nəzərdə tutduğum yerə getməmiş ola bilərəm, lakin olmaq istədiyim yerdəyəm. Hamımız çalışdığımız şeyi əldə edirik!"

Monteneqro milli komandasının üzvü Ağdam klubunda ötən yaydan çıxış edir. O, Azərbaycana İsrailin "Hapoel" klubundan gəlib. "Qarabağ"ın heyətində 40 rəsmi oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.