"Neftçi"dən Xalq artisti Miri Yusiflə əməkdaşlığa dair - AÇIQLAMA
"Neftçi" Xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlıq barədə açıqlama yayıb.
Mediasport.az xəbər verir ki, əməkdaşlığın 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutduğu qeyd edilib.
"Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib", - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Pressing.az saytı "Neftçi"nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayıb.