"Turan Tovuz" bolqar və nigeriyalı futbolçularla gücləndi - RƏSMİ

"Turan Tovuz" bolqar və nigeriyalı futbolçularla gücləndi - RƏSMİ

Transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini hücumçu Martin Detelinov Petkov və müdafiəçi Otto Conla gücləndirib.

Klubdan MediaSport.az saytına verilən məlumata görə, bolqar futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Sofiya “Levski”sinin yetirməsi olan bforvard son olaraq vətənində “Septemvri”nin şərəfini qoruyub.

O, karyerası ərzində “Slaviya” (Bolqarıstan), “Çernomorets” (Ukrayna) klublarının da formasını geyinib. Martin Petkov Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.

Düşərgəyə bu gün qoşulan nigeriyalı Otto Conla isə hələlik rəsmi anlaşma imzalanmayıb.