İlin ən yaxşı məşqçisi olmağa namizədlərin adları müəyyənləşib

İlin ən yaxşı məşqçisi olmağa namizədlərin adları müəyyənləşib

FİFA "The Best" mükafatına namizəd baş məşqçilərin siyahısını müəyyənləşdirib.

Mediasport.az xəbər verir ki, kişi komandalarına rəhbərlik edən mütəxəssislərdən Xosep Qvardiola ("Mançester Siti", İngiltərə), Simone İnzagi ("İnter", İtaliya), Luçano Spalyetti ("Napoli", İtaliya), Ange Postekoqlu ("Tottenhem", İngiltərə) və Xavi ("Barselona", İspaniya) namizəd göstərilib.

Qadın kollektivlərdə işləyənlərdən isə Peter Gerhardsson (İsveç), Yonatan Giraldes ("Barselona", İspaniya), Toni Qustavsson (Avstraliya), Emma Heyz ("Çelsi", İngiltərə) və Sarina Viqman (İngiltərə) siyahıda yer alıb.