19 yaşlı rusiyalı vingeri əfsanəvi Banişevski ilə müqayisə etdilər

19 yaşlı rusiyalı vingeri əfsanəvi Banişevski ilə müqayisə etdilər

Rusiyanın "Dinamo" klubunun İdarə heyətinin üzvü Sergey Stepaşin Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakovu “Neftçi”nin əfsanəvi hücumçusu Anatoli Banişevski ilə müqayisə edib.

Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisinin rəsmisi “Sport Ekspress”ə açıqlamasında 19 yaşlı istedadlı vingerin oyun üslubunun mərhum forvardın çıxışlarına çox bənzədiyini deyib:

“Bilirsiz, Batrakov mənə kimi xatırladır? “Neftçi”dən və SSRİ yığmasının əfsanəvi forvardı Anatoli Banişevskini. O, “Marakana”da braziliyalıların qapısına baş zərbəsi ilə qol vurmuşdu”.

"Dəmiryolçular"ın yetirməsi bu il keçirdiyi 18 oyunda 9 qol vurub.

Xatırladaq ki, 1964-1978-ci illərdə “Neftçi”nin heyətində 288 matçda 121 dəfə fərqlənmiş Anatoli Banişevski SSRİ millisində 50 görüşdə 20 dəfə adını tabloya yazdırıb.