"Xəzər Lənkəran"ın keçmiş vitse-prezidentinə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin olunublar.
mediasport.az saytının əldə etdiyi məlumata əsasən, Araz Nəsirov idman, xüsusən futbol camiəsinə tanış simadır.
Masallının Molonon kəndindən olan və 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil almış A.Nəsirov 2008-ci ildə "Xəzər Lənkəran"ın vitse-prezidenti olub.
O, Lənkəran klubunda rəhbər vəzifəyə 2004/2009-cu illərdə çalışıdığı "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun göstərişi ilə təyin edilib. Bu təyinata qədər klubda vitse-prezident postunu tutmuş Tuyqun Nadirovu vəzifəsindən uzaqlaşdıran Mənsimov onun yerinə məhz şirkətin İstanbuldakı baş ofisində çalışan Nəsirovu göndərib. Lakin Araz Nəsirov doğma olmadığı sahədə uzun müddət çalışmayıb, "Xəzər Lənkəran"da təxminən 8-9 ay fəaliyyətdən sonra yenidən şirkətin Türkiyədəki ofisinə qayıdıb. Tuyqun Nadirov da öz yerinə. Klubun isə aqibəti bəlidir...
2010-cu ildə Azərbaycana dönən Araz Nəsirov geridə qalan müddətdə “Paşa Sığorta” ASC-nin risk meneceri işləyib, sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.