Haaland tarix yazdı
"Mançester Siti"nin forvardı Erlinq Haaland İngiltərə Premyer Liqasının tarixinə düşüb.
mediasport.az xəbər verir ki, "Everton"la səfər görüşündə də fərqlənən norveçli forvard bu uğura cari mövsüm liqada 33-cü oyununda 36-cı qolunu vurmaqla nail olub.
Premyer Liqa tarixinin mütləq rekordçusuna çevrilən Haaland bunadək - 1993/1994 və 1994/1995-ci illər mövsümündə 34 qol vurmuş Endi Koulla Alan Şirerin rekordlarını qırıb.