Kuboku qazanan "Mançester Siti" mövsümü 3 titulla başa vura bilər
Futbol üzrə İngiltərə Federasiya Kubokunun (FA Cup) qalibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, finalda Mançester derbisi baş tutub.
Premyer Liqanın cari çempionu "Mançester Siti" əzəli rəqibi “Mançester Yunayted”i məğlub edərək (2:1) mövsümdə 2-ci titulunu qazanıb.
Pep Qvardiolanın baş məşqçisi olduğu "şəhərlilər" bu mövsüm UEFA Çempionlar Liqasının finalına fa çıxıblar. Qalib gəlsələr, titul sayı 3-ə çatacaq.