DÇ-2022: Fransa - Mərakeş qarşılaşmasını bu hakim idarə edəcək
Dünya Kubokunun yarımfinal mərhələsinin sabah oynanılacaq Fransa - Mərakeş görüşünü idarə edəcək hakimin adı açıqlanıb.
mediasport.az xəbər verir ki, FİFA bu matçı meksikalı Sezar Ramosa həvalə edib.
Ona yan xətt hakimləri Alberto Morin və Migel Ernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək. Kanadalı Drü Fişer VAR hakimi, kolumbiyalı Nikolya Qalyo isə onun köməkçisi olacaq.