DÇ-2022-də 1/8 final - ABŞ Niderlanda, Avstraliya Argentinaya qarşı

DÇ-2022-də 1/8 final -  ABŞ Niderlanda, Avstraliya Argentinaya qarşı

Bu gün "Dünya Kuboku-2022"də pley-off mərhələsinə start veriləcək.

mediasport.az xəbər verir ki, 1/8 finalın ilk qarşılaşmasında Niderland yığması ABŞ millisi ilə üz-üzə gələcək.

Günün ikinci matçında isə Argentina sürpriz şəkildə 1/8 finala çıxan Avstraliya yığmasını sınağa çəkəcək.

Kağız üzərində favoritlər "narıncılar"la cənubi amerikalılar sayılsalar da, qrup mərhələsində geridə qalan görüşlər və bir neçə komandanın gözlənilməz şəkildə pley-offa çıxması əminliklə deməyə əsas verir ki, mundialın sonuna qədər əsas iddialılar üçün asan və rahat matç olmayacaq. Xüsusən bundan sonrakı oyunların 1 dueldən ibarət olacağını nəzərə alsaq, səhvlərin bağışlanmayacağı aydın anlaşılar.


Dünya Kuboku-2022. 1/8 final

19:00 Niderland - ABŞ (İTV, TRT 1)

23:00 Argentina - Avstraliya (İTV, TRT 1)