Van Qalın Dünya Kuboku üçün ilkin heyəti: 39 nəfərdən 26-sı SEÇİLƏCƏK

Van Qalın Dünya Kuboku üçün ilkin heyəti: 39 nəfərdən 26-sı SEÇİLƏCƏK

Daha bir milli komandanın gələn ay Qətərdə başlanacaq Dünya Kuboku üçün geniş heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, Lui van Qal Niderland millisinin 39 nəfərlik ilkin heyətini ictimaiyyətə təqdim edib.

Lakin 71 yaşlı mütəxəssis yekunda 26 futbolçunu Qətərə aparacaq.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Niderland Qətər, Ekvador və Seneqalla birlidikdə A qrupunda mübarizə aparacaq.