4 futbolçu ÇL-də həftənin ən yaxşı oyunçusu olmağa namizəddir

4 futbolçu ÇL-də həftənin ən yaxşı oyunçusu olmağa namizəddir

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

mediasport.az xəbər verir ki, bu ada Mark Kukurelya ("Çelsi"), Rafa Silva ("Benfika"), Tomas Müller ("Bavariya") və Fikayo Tomori ("Milan") namizəddir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.