İtaliya klubu 4 ay əvvəl gətirdiyi baş məşqçini istefaya göndərdi

İtaliya klubu 4 ay əvvəl gətirdiyi baş məşqçini istefaya göndərdi

İtaliya "A" Seriyası təmsilçisi “Verona” 4 ay əvvəl təyin etdiyi baş məşqçi Qabriele Çoffi ilə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, uğurusuzluq zolağından çıxa bilməyən komandanın 47 yaşlı baş məşqçisi istefaya göndərilib.

Verona klubu "A" Seriyasının geridə qalan 9 turundan sonra 5 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.