"Fənərbağça" Sofyan Amrabatı "Fiorentina"dan icarəyə götürdü

"Fənərbağça" Sofyan Amrabatı "Fiorentina"dan icarəyə götürdü

Türkiyənin "Fənərbağça" klubu "Fiorentina"dan Sofyan Amrabatı icarəyə götürüb.

Mediasport.az xəbər verir ki, Mərakeş milli komandasının üzvü son mövsümü "Mançester Yunayted"də keçirib.

O, "qırmızı şeytanlar"ın heyətində 30 oyuna çıxıb.