"Qarabağ"ın futbolçuları AÇ-2024-ün final mərhələsinə çıxa bilərlər

"Qarabağ"ın futbolçuları AÇ-2024-ün final mərhələsinə çıxa bilərlər

Futbol üzrə AVRO-2024-ün seçmə qrup mərhələsində bu gün son tura start veriləcək.

Mediasport.az xəbər verir ki, A, F, G və J qruplarında ümumilikdə 9 matç baş tutacaq.

Bu axşam digər qruplarda vəsiqələrin sahibləri əvvəlki turlarda müəyyənləşdiyindən, yalnız G qrupunda bir komanda qitə birinciliyininin final mərhələsinə çıxa bilər.

Serbiya və ya "Qarabağ"lı futbolçular - Marko Veşoviçlə Marko Yankoviçin heyətində çıxış etdiyi Monteneqro millisi AÇ-2024-ə vəsiqəni təmin edəcək.

Monteneqronun Almaniya biletini sifariş etməsi üçün yığma Macarıstana qalib gəlməli və Serbiyanın məğlub olmasına ümid etməlidir.

Qeyd edək ki, daha əvvəl Niderland, Rumıniya, İsveçrə, Almaniya, Portuqaliya, Fransa, İngiltərə, İspaniya, Belçika, Danimarka, Macarıstan, Türkiyə, Albaniya, Avstriya, Şotlandiya və Slovakiya milli komandaları AÇ-yə vəsiqə əldə ediblər.


AVRO-2024. Seçmə qrup mərhələsi. 10-cu tur


A qrupu

23:45. Şotlandiya – Norveç

23:45. İspaniya – Gürcüstan

Xal durumu: İspaniya – 18, Şotlandiya – 16, Norveç – 10, Gürcüstan – 8, Kipr – 0.


F qrupu

21:00. Belçika – Azərbaycan

21:00. İsveç – Estoniya

Xal durumu: Avstriya – 19, Belçika – 17, İsveç – 7, Azərbaycan – 7, Estoniya - 1.


G qrupu

18:00. Macarıstan – Monteneqro

18:00. Serbiya – Bolqarıstan

Xal durumu: Macarıstan – 15, Serbiya – 13, Monteneqro – 11, Litva – 6, Bolqarıstan - 3.


J qrupu

23:45. Bosniya və Herseqovina – Slovakiya

23:45. Lixtenşteyn – Lüksemburq

23:45. Portuqaliya – İslandiya

Xal durumu: Portuqaliya – 27, Slovakiya – 19, Lüksemburq – 14, İslandiya – 10, Bosniya və Herseqovina – 9, Lixtenşteyn – 0.