İsveç yığmasını Azərbaycana qarşı məşhur danimarkalı çıxaracaq

İsveç yığmasını Azərbaycana qarşı məşhur danimarkalı çıxaracaq

UEFA Millətlər Liqasında Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq İsveç yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, skandinavları məşhur danimarkalı Yon Dal Tomasson çalışdıracaq.

Futbolçu kimi "Milan", "Feyenoord" və "Vilyarreal"la daha çox tanınmış 47 yaşlı mütəxəssis vəzifəsinin icrasına martın 1-dən başlayacaq.

Məşqçi kimi son klubu İngiltərə 2-ci liqa təmsilçisi "Bləkbörn" olub.

Qeyd edək ki, C Liqasında yarışacaq Azərbaycan və İsveçin yer aldığı qrupda Slovakiya və Estoniya milliləri də var.