"Karyeramda ən yaxşı oyunlardan birini keçirdim" - Renat Dadaşov

"Karyeramda ən yaxşı oyunlardan birini keçirdim" - Renat Dadaşov
"Karyeramda ən yaxşı oyunlardan birini keçirdim. Sərgilədiyimiz futbola əsasən qələbəni haqq edirdik. Rəqibdən üstün oynadıq və qalib gəldik".
 
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Renat Dadaşov deyib.
25 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsi mərçivəsində Bakıda İsveç üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib:
 
"Belçika səfərinə inamlı yollanacağıq. Matçdan sonra De Byazi bizə öz minnətdarlığını bildirdi. Biz də öz növbəmizdə komandanı oyuna yaxşı hazırlaşırdığı üçün baş məşqçiyə təşəkkür etdik. Paltardəyişmə otağında qələbəmizi böyük sevinclə qeyd etdik. Belçika səfərinə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çalışacağıq ki, çətin səfərdə də yaxşı nəticə qazanaq".

Qeyd edək ki, yığmamız son görüşünü noyabrın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.