Millimiz Belarusa məğlub olub

Millimiz Belarusa məğlub olub

Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştrak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Belarusun U-18 komandası ilə qarşılaşan futbolçularımız 0:2 hesabı ilə məğlub olublar.

U-17 turnirdə növbəti matçını fevralın 20-də Rusiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.