Zərifə Hüseynova 213 idmançı arasında birinci oldu - Qızıl medal!
Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Zərifə Hüseynova Boqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb.
mediasport.az xəbər verir ki, qrupda keçirdiyi 6 görüşü mütləq nəticə ilə başa vuran idmançımız finala gedən yolda Böyük Britaniya, Macarıstan, Yunanıstan, Türkiyə və Polşanı təmsil edən rəqiblərinə qalib gəlib.
O, həlledici görüşdə Bolqarıstan sablyaçısı Mariela Georgievanı 15:11 hesabı ilə məğlub edərək 23 ölkədən 213 iştirakçı arasında keçirilən turnirin qızıl medalına yiyələnib.