Anna Başta Cənubi Koreyada 150 idmançı arasında 5-ci oldu
Cənubi Koreyanın paytaxtı Seul şəhərində qılıncoynatmanın sablya növü üzrə şəxsi yarışda Qran-pri turnirinə yekun vurulub.
mediasport.az xəbər verir ki, qadın sablyaçılarımızdan ən güclü 8-liyə yüksələn Anna Başta yekun sıralamada 150-dən çox iştirakçı arasında 5-ci olub.
Mübarizəyə əsas mərhələdən başlayan Anna Türkiyə təmsilçisi İrina Şçukla (15:8), Palina Kapiaroviç (15:6) və çinli Kim Jiyeona (15:9) qalib gələrək ən güclü 8-liyə yüksəlib. Anna Başta yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Qran-prini qalib başa vuran yunan Teodora Gkountaraya 12:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Palina Kaspiaroviç və Səbinə Kərimova da əsas mərhələyə yüksəlməyi bacarıb. Səbinə 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə cənubi koreyalı Jisu Yuna (6:15), Palina isə "16-lığ"a yüksəlmək uğrunda keçirilən qarşılaşmada Anna Baştaya məğlub olub.
Valeriya Bolşakova təsnifat mərhələsindən 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə Səbinə Kərimovaya 11:15 hesabı ilə uduzub.