"Kəpəz" "Zirə"yə uduzdu

"Kəpəz" "Zirə"yə uduzdu

Bakı hazırlığına start verən "Kəpəz" yay təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Azər Məmmədovun komandası Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə qarşılaşıb.

Görüş qəsəbə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu, yeni mövsümə hazırlıq çərçivəsində "Zirə"nin ilk matçı olub. "Kəpəz" isə bundan öncə "Səbail"ə 1:2 hesabı ilə uduzub.