"Qarabağ" ÇL-lə vidalaşsa, AL-də bu klublardan biri ilə qarşılaşacaq

"Qarabağ" ÇL-lə vidalaşsa, AL-də bu klublardan biri ilə qarşılaşacaq

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının II raundunda Polşanın "Rakuv" komandasına uduzsa, qitənin ikinci dərəcəli klub turnirində HİK (Finlandiya) - “Mölde" (Norveç) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. Ölkə çempionu ilk görüşünü evdə keçirəcək.