Niderland və İngiltərədən qələbə, Danimarkadan "sülh" - AVRO-2024

Niderland və İngiltərədən qələbə, Danimarkadan "sülh" - AVRO-2024

Almaniyada futbol üzrə 17-ci Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, yarışın üçüncü günündə daha iki qrupda matçlar oynanılıb.

1-ci tur çərçivəsində bu gün D və C qruplarında 3 görüş keçirilib.


Avropa çempionatı. D qrupu. 1-ci tur


17:00. Polşa - Niderland 1:2

Qollar: Adam Buksa, 16 - Kodi Qakpo, 29, Vut Beqhorst, 83.

Baş hakim: Artur Diaş (Portuqaliya).

Hamburq, “Folksparkştadion” stadionu.


C qrupu

20:00. Sloveniya - Danimarka 1:1

Qollar: Erik Yanza, 77 - Kristian Eriksen, 17.

Baş hakim: Sandro Şerer (İsveçrə).

Ştuttqart, "MHP Arena" stadionu.


23:00. Serbiya - İngiltərə 0:1

Qol: Cud Bellingem, 13.

Baş hakim: Daniele Orsato (İtaliya).

Helzenkirhen, "Feltins Arena" stadionu.