Kilan Lebon milliyə çağırılıb
"Neftçi"nin futbolçusu Kilan Lebon Sent növbəti dəfə Martin millisinə dəvət alıb.
Mediasport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi noyabrın 13-dən 21-dək keçiriləcək Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) üzrə Millətlər Liqasının oyunları üçün yığmaya cəlb edilib.
Qeyd edək ki, ötən ay - oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçirilən əvvəlki tur görüşlərində də milliyə çağırılan Lebon heç bir matçda forma geyinməmişdi.
O, 2023-cü ildən dəvət aldığı yığmada 2 oyun keçirib.