Millimiz üçün Qurban Berdıyev, yoxsa Stanislav Çerçesov? - AFFA-nın Rusiya mətbuatına CAVABI

Millimiz üçün Qurban Berdıyev, yoxsa Stanislav Çerçesov? - AFFA-nın Rusiya mətbuatına CAVABI

"Azərbaycan millisinin növbəti rəsmi oyunları sentyabrda, yoxlama görüşləri isə martda keçiriləcək. Hələ ki, federasiyamız heç bir mütəxəssisə konkret təklif göndərməyib".

Mediasport.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib.

Qurum rəsmisi mətbuatda Azərbaycan millisinin baş məşqçisi postuna namizəd göstərilən rusiyalı mütəxəssilərlə bağlı danışıb.

E.Məmmədli bildirib ki, adları yığmamızla hallanan Qurban Berdıyev və Stanislav Çerçesovla danışıqlar aparmayıblar:

“Hələlik baş məşqçi postuna konkret namizədimiz yoxdur. Qurban Berdıyev və Stanislav Çerçesovun namizədliyi də müzakirə olunmayıb”.

Qeyd edək ki, 2023-cü ilin sonlarında AFFA ilə müqaviləsi başa çatan Canni De Byazi anlaşmanı yeniləməyib.