Turun ən yaxşısı olmağa namizədlər

Turun ən yaxşısı olmağa namizədlər

Avropa Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

mediasport.az xəbər verir ki, qalib adına "Betis"dən Aytor Ruibal, "Monako"dan Kevin Vollan, "Midtyullan"dan Anders Dreyer və "Roma"dan Lorenso Pelleqrini iddialıdır.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.