Gimnastlarımız Çexiyada turnirdə medallar qazanıblar

Gimnastlarımız Çexiyada turnirdə medallar qazanıblar

Azərbaycanın batut gimnastları Çexiyanın Yablones nad Nisou şəhərində keçirilmiş “Friendship-2023” beynəlxalq turnirdə medallar qazanıblar.

Mediasport.az xəbər verir ki, yığma üzvlərindən Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü sinxron proqramda qızıl medal əldə ediblər.

Hüseyn Abbasov və Nicat Mirzəyev isə sinxron proqramda gümüş medal qazanıb. Hüseyn Abbasov fərdi proqramda da eyni uğura imza ataraq ikinci olub.