Ruslan Abışov "Turan Tovuz"da

Ruslan Abışov "Turan Tovuz"da

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi məlum olub.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov Tovuz təmsilçisinin məşçilər korpusunda yer alacaq.

Gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Kurban Berdıyevin çalışdırdığı “Rubin”də çıxış edib.