“Sumqayıt”dan 50-ci "sülh"

“Sumqayıt”dan 50-ci "sülh"

“Sumqayıt” Azərbaycan çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb.

Mediasport.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib.

Samir Abasovun yetirmələri “Turan Tovuz”la qolsuz sülhə nail olublar.

“Gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarının 32 illik tarixinə öz meydanında 50 və daha çox heç-heçə edən 8-ci komanda kimi düşüb.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın yubiley heç-heçəsi evdəki 193-cü matça təsadüf edib. Sumqayıtlıların ilk belə bərabərliyi isə 2011-ci il sentyabrın 11-də qeydə alınıb. “Qarabağ”la ev qarşılaşması qolsuz başa çatıb.