"O, özünü elə aparır ki, sanki əsl tovuzludur" - Ayxan Abbasov

"O, özünü elə aparır ki, sanki əsl tovuzludur" - Ayxan Abbasov

"Gərgin oyun idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. "12-ci oyunçu" bu gün öz sözünü dedi".

Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qəbələ" ilə ev matçında qazanılan qələbə haqda danışıb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularda bir az basqı var idi. Yuxarı pillələrdə ola bilərik. Çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. İstədiklərimizi yavaş-yavaş görə bilirik.


Qələbələr gəldikcə azarkeşlər avrokuboklara vəsiqə qazanmağı tələb etməyə başlayır. Bu, sizi qorxutmur?

- Yox, qorxutmur. Düzgün təhlil etsək, görərik ki, klub olaraq irəliləyiş var. Futbolçular basqını üzərlərindən ata biliblər. Artıq evdə ev sahibi kimi oynaya bilirik. Yeni gələn oyunçular, adaptasiya və.s. Bunlarda da irəliləyiş var. Bu işlər görüldükcə nəticə gələcək. Azarkeş hər zaman istəyəcək. Amma bizim planımız var. Pillə-pillə irəli getmək istəyirik. Bəzi məqamlar var ki, vaxt lazımdır. Bu gün lazımsız dəqiqədə qol buraxdıq. Oyun kontrolumuzda idi. Bunlara vaxt lazımdır. Azarkeşləri başa düşürük.

Aleks Souza komandaya tez uyğunlaşdı., onun oyununu necə dəyərləndirirsiz?

- Onu yayda transfer etməık istəyiridik, alınmadı. Gəncdir, istiqanlıdır. Komandada özünü elə aparır ki, sanki əsl tovuzludur. Amma tələsmək lazım deyil. Bu tempi saxlamaq çətin olacaq. Futbol çox çətin və maraqlıdır. Çalışırıq ki, onları yaxşı formada saxlayaq. Potensiallı futbolçudur, çox şey gözləyirik ondan.

Ayxan Quseynovun Azərbaycan vətəndaşlığı alması məsələsi həll olunub?

- Xeyr. Hər halda millinin baş məqşçisi istəməlidir ki, bu, baş tutsun.

Başqa ölkələrdə doğulan azərbaycanlı futbolçular burada legioner limiti ilə oynayır. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?

- Əla mövzudur. Mənim təklifim odur ki, kənardakı azərbaycanlı futbolçular legioner sayılmasın. Türkiyəyə baxaq. Almaniyada doğulan oyunçular yerli statusla çıxış edir. Eldar Quliyev, Ayxan Quseynov zatən azərbaycanlıdır. Biz onlara yerli statusu verməliyik. Bu futbolçuları qazanmaq lazımdır. Digər ölkələrin akademiyasında böyüyüblər. Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur.