"Kəpəz"in futbolçusu Qazaxıstan klubuna transfer olunub?

"Kəpəz"in futbolçusu Qazaxıstan klubuna transfer olunub?

Cari mövsümün əvvəlində "Kəpəz"ə keçən Vladislav Vasilyuçek iş yerini dəyişib.

Mediasport.az xəbər verir ki, "Transfermarkt" portalı qapıçını Qazaxıstan çempionatında mübarizə aparan "Turan"ın üzvü kimi təqdim edib.

Xatırladaq ki, sözügedən ölkədə mövsüm yeni başlayıb və "Turan" 4 turdan sonra 4 xalla 8-ci pillədə qərarlaşıb.