Yığma AÇ-nin seçmə mərhələ oyunu üçün Litvaya yollanıb
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələ oyunları üçün Litvaya yollanıb.
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Komanda ilk matçını noyabrın 9-da meydan sahiblərinə qarşı keçirəcək.
Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Millimiz üç gün sonra Bakıda Belçika ilə qarşılaşacaq.