18 xalları silindi - Aşağı liqaya düşəcəkləri dəqiqləşdi
Niderland Kralliğı Futbol İttifaqının (KNVB) Lisenziya Komitəsi “Vitess” barəsində sərt qərar qəbul edib.
Mediasport.az xəbər verir ki, Yüksək Liqada (Eredivizya) yarışan Arnem təmsilçisinin hesabından 18 xal silinib.
Buna komandanın isenziya tələblərini pozması səbəb olub.
30 turdan sonra aktivində 17 xal olan “Vitess”in hesabı -1-ə düşüb və 35 ildən sonra aşağı liqaya yuvarlanacaqları dəqiqləşib.