Premyer Liqada “Qızıl buts” mükafatına namizədlər məlumdur
Futbol üzrə İngiltərə Premyer Liqasında “Qızıl buts” mükafatına namizədlərin adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, son çempion ”Mançester Siti”nin 21 qolla bombardiri Erlinq Haaland və aktivində 20 qol olan “Çelsi”nin gənc ulduzu Koul Palmer əsas iddiaçıdır.
Digər namizədlər “Liverpul”dan Məhəmməd Salah, “Bornmut”dan Dominik Solanke və “Nyukasl”dan Aleksander İsakdır.
Qeyd edək ki, mükafatın sahibi mövsümün sonunda ən çox qol vuran futbolçu olacaq.