Kriştiano Ronaldo 700-ə çatdı - Portuqaliyalı ardıcıl 20 ildi qol vurur

Kriştiano Ronaldo 700-ə çatdı - Portuqaliyalı ardıcıl 20 ildi qol vurur

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldo klub karyerasındakı qollarının sayını 700-ə çatdırıb.

MediaSport.az xəbər verir ki, “Mançester Yunayted”in 37 yaşlı hücumçusu buna Premyer Liqanın 10-cu turu çərçivəsində Liverpul səfərində “Everton”la oyunda fərqlənməklə nail olub.

"Qırmızı şeytanlar"a qələbə (2:1) qazandıran qolu vuran Portuqaliya millisinin lideri Mançester klubunun heyətində 144-cü qolunu vurub. Superulduz “Real”da 450, “Yuventus”da 101, “Sportinq”də isə 5 dəfə fərqlənib. Ronaldo eyni zamanda ardıcıl 20-ci mövsümdə ölkə çempionatında qol vurmağa müvəffəq olub.