Kodi Qakpo "Liverpul"da!

Kodi Qakpo "Liverpul"da!

"Liverpul"  Niderland yığmasının hücumçusu Kodi Qakponu transfer edib.

mediasport.az xəbər verir ki, PSV-nin forvardı mersisaydlıların düşərgəsinə qış transfer zamanı qoşulacaq.

23 yaşlı Qakpo yeni klubunda 18 nömrəli formanı geyinəcək. Futbolçu cari mövsüm Niderland çempionatında 14 oyuna 9 qol, 12 assistlə yadda qalıb. Dünya Kuboku-2022-də keçirdiyi 5 görüşdə 3 dəfə fərqlənib.