Harri Keyn "Bavariya"da - RƏSMİ
"Tottenhem"in əfsanəsi Harri keyn yeni mövsümdən Almaniya Bundesliqasında çıxış edəcək.
mediasport.az xəbər verir ki, 14 ildir London klubunun futbolçusu olan İngiltərə milliisinin forvardı "Bavariya"ya transfer edilib.
Münhen təmsilçisi 30 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.
London klubunun yetirməsi müxtəlif vaxtlarda icarə əsasında "Leyton Orient", "Milluoll", "Norviç" və "Lester" komandalarında da çıxış edib. Son 10 ili "Tottenhem"in əsas komandasında keçirən Keyn burada ümumilikdə 317 oyuna 213 qol vurub.