Tarixlərində ilk dəfə finala vəsiqə qazandılar - Dünya çempionatı-2023
Xəbər verdiyimiz kimi, bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının ilk yarımfinal oyunu baş tutub.
mediasport.az xəbər verir ki, Yeni Zelandiyanın Oklənd şəhərindəki "Eden Park" stadionunda keçirilən İspaniya - İsveç qarşılaşmasında mundialın ilk finalçısı müəyyənləşib.
Matçda ilk qolu 81-ci dəqiqədə pireneylilər vurublar. Skandinaviya təmsilçisi 7 dəqiqə sonra hesabı bərabərləşdirsə də, İspaniya futbolçuları dərhal 2-ci qola imza atıblar.
Beləliklə, ispanlar tarixlərində ilk dəfə dünya çempionatının finalına çıxıblar.
Digər finalçının adına sabah aydınlıq gətiriləcək. Meydan sahiblərindən Avstraliya İngiltərə millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, DÇ-2023-ə Avstraliya ilə yanaşı, Yeni Zelandiya da ev sahibliyi edir. İyulun 20-də start götürən mundial avqustun 20-də başa çatacaq.