Türkiyə şirkəti "Nou Kamp"ı 900 milyon avroya təmir edəcək
"Barselona”nın ev oyunlarını keçirdiyi “Nou Kamp" stadionunun təmirini Türkiyə şirkəti edəcək.
mediasport.az xəbər verir ki, Kataloniya klubunun Direktorlar Şurasının iclasında “Limak Maraş” şirkətinin stadionunun təmiri üçün podratçı seçildiyi təsdiqlənib.
Arenada təmir-bərpa işlərinin gələn ilin iyununda başlanacağı və 2026-cı ilədək davam edəcəyi gözlənilir. “Barselona” arenanın yenidən qurulması üçün şirkətə 900 milyon avro ödəyəcək.