Luis Enrike qovuldu, onu əvəz edəcək məşqçinin adı açıqlandı - RƏSMİ

Luis Enrike qovuldu, onu əvəz edəcək məşqçinin adı açıqlandı - RƏSMİ

DÇ-nin 1/8 finalında Mərakeş millisinə penaltilər seriyasında uduzan İspaniya yığmasının baş məşqçi Luis Enrike istefaya göndərilib.

mediasport.az xəbər verir ki, İspaniya Futbol Federasiyası 52 yaşlı mütəxəssislə yollarını ayırdığını rəsmən açıqlayıb.

Enrike ilə yanaşı, onun köməkçilərinin də işinə son verilib. O, pireneyliləri 2018-ci ilin iyul ayından çalışdırırdı.

İspanların yeni baş məşqçisinin kimliyinə də aydınlıq gəlib. Komandanı Luis de la Fuente çalışdıracaq. 61 yaşlı mütəxəssislə 12 dekabr tarixində rəsmi müqavilə imzalanacaq.

De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.