"Sabah" üçün lazımsız, "Sumqayıt" üçün vacib oyun - Premyer Liqa
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.
mediasport.az xəbər verir ki, çempionluğu artıq mümkün olmayacaq "Sabah" səfərdə autsayderlərdən "Sumqayıt"la qarşılaşacaq.
İkinci pilləni təmin edən paytaxt təmsilçisi maksimum prestij və xal ehtiyatını daha da yaxşılaşdırmaq stimulu ilə oynayacaq. Samir Abasovun baş məşqçisi olduğu sumqayıtlılara isə xal hava-su kimi lazımdır.
Turun əvvəlki görüşlərində "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə "sülh" bağlamış (1:1), "Turan Tovuz" səfərdə "Qəbələ"ni, çempionluğunu Bayılda rəsmiləşdirən "Qarabağ" isə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası. 34-cü tur
19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".