Hüseynəli Quliyev Premyer Liqa klubu ilə 2 illik müqavilə bağladı

Hüseynəli Quliyev Premyer Liqa klubu ilə 2 illik müqavilə bağladı

“Səbail” Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.

Mediasport.az xəbər verir ki, 24 yaşlı qapıçı növbəti iki mövsüm Bayıl klubunun uğurları üçün çalışacaq.

Qolkiper “dənizçilər”in heyətində ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.

Qeyd edək ki, Hüseynəli 2022-ci ilin fevral ayından "Səbail"in formasını geynir.